İnsanlara hürriyət, millətlərə istiqlal!

Onun arxasında Kreml dayanıb: "Bakı ilə İrəvanın yaxınlaşması qəbuledilməzdir "

“EU Reporter” saytı BCM-nin keçmiş prokuroru Luis Moreno Okamponun anti-Azərbaycan hesabatı ilə bağlı məqalə dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə Caliber.az saytında xüsusi məlumat yayılıb.

“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Kremlin hibrid təcavüzünün tamamilə dayandığına inanan hər kəs yanılır. Xeyr, o, daha aktiv formalar alır və bir çox “qaynar nöqtələr” üçün aktual olaraq qalır. Burada Ermənistan xüsusi yer tutur.

Luis Moreno Okamponun “hesabatı” arxasında da məhz Kreml dayanır. Bundan başqa, Moskva Bakı ilə İrəvanın sülh məsələsində tədricən yaxınlaşmasından, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmasından son dərəcə narahatdır. Rusiya üçün belə bir ssenari qəbuledilməzdir, çünki bu, Cənubi Qafqazda təsirinin itirilməsi demək olardı”, - deyə, məqalədə yazılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR