Onlayn ictimai-siyasi qəzet
"Kimə baxırsan, ərim-ərim deyir. Küçə söhbətləri ilə reytinq verirlər. Vallah ayıbdır!"
Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Afaqla 10-lar" verilişinə müsahibəsində deyib.
Əməktar artist sənətkar və reytinq sözlərinin yanaşı hallanmasından narazılığını dilə gətirib:
"Üzümü aparıcılara tutub, onlara səslənirəm. Deyirsiniz ki, sənətkarlar reytinq vermir. Bu sözü ağzınıza almayın. Sənətkar öz sənəti ilə reytinqini verib. Bəziləri bazar söhbətlərinə qulaq asanda, o sənətkarlar ölkəni xaricdə təmsil edirdi. Siz bu gün sənət adamlarını hansısa "küçə adamları"nın qarşısında alçaltmayın. Bunun müqayisəsi belə yalnışdır. Efirə çıxan deyir ki, bəstəkar mahnısı oxuyanda acından ölürdüm. Bu, heç də belə deyil. Onları oxumaq üçün siz hələ böyüməlisiz. Onlar heç bir sənət ilə yox, sadəcə küçə söhbətləri ilə reytinq verirlər. Evli kişilərdən uşaq dünyaya gətirib, camaatın yoldaşına "ərim, ərim" deyirlər. Ayıbdır! Günah o kişilərdədir ki, buna icazə verir".
Könül,
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ