Onlayn ictimai-siyasi qəzet
Çin avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitini keçirəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə birgə mətbuat konfransında açıqlayıb.
Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri sammitdə və “müvafiq tədbirlərdə iştirak edəcəklər”.
Vanq Yi bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri Tiançində keçirilən tədbirdə assosiasiya ölkələri arasında təhlükəsizliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işi gücləndirmək barədə razılığa gəliblər.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ