İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada itkin düşən helikopter parçalanmış halda tapıldı

Rusiyada iki gün əvvəl itkin düşən helikopter parçalanmış vəziyyətdə aşkar edilib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, “Vzlet” şirkətinin Mi-8T helikopteri iyulun 14-də Çumikan-Oxotsk-Maqadan marşrutu ilə hərəkət edərkən itkin düşüb. Ekipaj təyin olunmuş vaxtda əlaqə yarada bilməyib və təcili radio mayak işləməyib.

İlkin məlumatlara görə, itən helikopterin göyərtəsində üç ekipaj üzvü və iki texniki mütəxəssis olub.

Helikopterin qalıqları Xabarovskda Qadikan burnu rayonunda aşkarlanıb. İlkin məlumata əsasən ekipaj heyəti həlak olub.

Helikopter təmirdən sonra ilk uçuşunu həyata keçirirmiş. Onun axtarışlarına “Vzlet” şirkətinin və Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR