İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu böyük savaşa hazırlaşır- Ciddi dəyişiklik

İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ordunun yüksək komandanlığı səviyyəsində böyük kadr dəyişikliklərinə imza atıb.

Musavat.com xəbər verir ki, təyinatlar artıq müdafiə naziri İsrael Kats tərəfindən təsdiqlənib və generallar yaxın aylarda yeni vəzifələrinin icrasına başlayacaqlar.

Bu dəyişikliklər İsrail ordusunun son illərdəki ən böyük struktur silkələnməsi kimi qiymətləndirilir. Təyinatlar xüsusilə Şimal Komandanlığı, Dərinlik Korpusu və Arxa Cəbhə sahələrində əhəmiyyətli dəyişikliklər yaradıb.

Yeni təyinatlar – kim hara gətirildi?

  • General-mayor Rafi Milo – Arxa Cəbhə Komandanlığının rəhbərliyindən Şimal Komandanlığının yeni başçısı təyin edilib. O, general-mayor Ori Gordinin yerini tutur.

  • General-mayor Dan Goldfus – hazırda Şimal Korpusu və Manövrlə bağlı Kompleksin rəhbəridir. O, general-mayor Nimrod Aloninin yerinə Dərinlik Korpusuna rəhbərlik edəcək.

  • General-mayor Xiday Zilberman – ABŞ-da İsrailin müdafiə attaşesi vəzifəsində çalışırdı. O, vitse-admiral Eyal Harelın yerinə Silahlı Qüvvələrin Planlaşdırılması və İnkişafı İdarəsinin rəhbəri oldu.

  • Briqada generalı Dan Noyman – Komanda-Qərargah Kollecinin komandanı idi. O, Aloninin yerinə Hərbi Kolleclərin rəhbəri olacaq və general-mayor rütbəsi alacaq.

  • Briqada generalı Yaki Dolf – “Qərb Sahili” diviziyasının rəhbəri idi. İndi general-mayor Dan Goldfusun yerinə Şimal Korpusuna rəhbərlik edəcək və general-mayor rütbəsinə yüksəldiləcək.

  • Briqada generalı Şay Klepper – 91-ci regional “Qaliley” diviziyasına komandanlıq edirdi. O, Milo-nun yerinə Arxa Cəbhə Komandanlığının rəhbəri olacaq və general-mayor rütbəsi alacaq.

  • Briqada generalı Rami Abudraham – Quru Qoşunlarının qərargah rəisidir. General-mayor Mişel Yankonun yerinə Texnologiya və Logistika İdarəsinin rəhbəri təyin olunacaq və general-mayor rütbəsi alacaq.

Orduda strateji dönüş: təhlükələrə çevik cavab hədəfi

Analitiklər hesab edirlər ki, bu irimiqyaslı dəyişikliklər İsrail ordusunun Şimal sərhədi və dərin əməliyyat potensialını gücləndirməyə yönəlib. Rəhbərlik gələcək təhlükələrə qarşı daha çevik və effektli reaksiya verməyi hədəfləyir. Bu baxımdan SAXAL tarixindəki son kadr rotasiyası strateji əhəmiyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR