İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana avqustun sonuna qədər vaxt verildi: Razılığa gəlinməsə...

Avqustun sonu İranın nüvə proqramı üzrə Tehrana sanksiyalardan yayınmağa imkan verəcək razılaşmanın əldə olunması üçün son tarixdir.

Musavat.com "Axios"a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı bu barədə razılığa gəliblər: "Əgər müəyyən edilmiş müddət ərzində razılaşma əldə olunmazsa, üç Avropa dövləti 2015-ci il İran razılaşmasına uyğun olaraq qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına dərhal dönüş mexanizmini işə salmağı planlaşdırır".

Qeyd edək ki, 2015-ci ildə İran və "altılıq" adlandırılan beynəlxalq vasitəçilər - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) haqqında saziş imzalayıblar. Ona əsasən Tehran beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə proqramının inkişafını yalnız dinc məqsədlərlə məhdudlaşdırmalıdır.

Axios mənbələrinin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla əlaqə saxlamağı planlaşdırır və Tehranı inandırmağa çalışırlar ki, nüvə proqramının dinc xarakter daşıdığını sübut etmək üçün addımlar atsa, sanksiyalardan yayına bilər.

Belə addımlara İsrail və Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra İranın dayandırdığı MAQATE monitorinqinin bərpası və bu obyektlərdə olan 60 faizə qədər zənginləşdirilmiş 400 kq-a yaxın uranın ölkədən çıxarılması daxildir.

Axios yazır ki, Tramp administrasiyası İranla yeni nüvə sazişi üzrə danışıqları bərpa etməyə çalışır. İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bunun şərti ABŞ-ın hərbi güc tətbiq etməməsi ilə bağlı təminatları olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR