Onlayn ictimai-siyasi qəzet
"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".
Bunu "Teleqraf"a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə atasının səhhətindən danışarkən deyib.
Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb: "Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".
Azər Rzazadə ailəsi adından Heydər Əliyev Fonduna atasına göstərilən dəstək üçün təşəkkür edib.
Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var.
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ