Onlayn ictimai-siyasi qəzet
Rusların üçdə birindən çoxu Ukraynaya nüvə zərbəsi endirilməsini dəstəkləyir.
Musavat.com xəbər verir ki, Levada Mərkəzinin iyun ayında keçirdiyi sorğunun nəticələri bunu göstərir.
Sorğuya əsasən, respondentlərin 10%-i nüvə silahının müharibədə istifadəsini “mütləq” dəstəkləyir, digər 24%-i isə bunu “olduqca məqsədəuyğun” hesab edir.
Qeyd olunur ki, bu tip hərbi həllin tərəfdarlarının sayı son bir ildə 5 faiz artıb. Bu isə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri rekord rəqəm sayılır.
Bununla yanaşı, əksəriyyət (52%) hələ də nüvə silahından istifadənin əleyhinə olduğunu bildirib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ