Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Müdafiə Nazirliyində problem yaranıb. Nikol Paşinyanın baltası sıravi əməkdaşları kəsir”.
Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Ötən ilin noyabrın 22-də Nikol Paşinyan video yayımladı və xidməti avtomobillərin sayını azaltdığını yazdı. “Mən xidməti maşınların siyahısını istədim və qələmlə üstündən xətt çəkdim. Bu, yöndəmsiz bir yanaşmadır. 80-90%-ni balta ilə kəsəcəyəm”, - deyə baş nazir qeyd edib.
Müdafiə Nazirliyində adi işçilər bu “balta zərbələri” altında qaldılar. Artıq işçiləri təyin olunmuş xüsusi yerlərdən götürən və onları pulsuz işə aparan avtobuslar mövcud olmayacaq. Üstəlik, xəbərdarlıq ediblər ki, bu səhər gecikən hər kəs özünü işdən qovulmuş hesab etsin. Əməkdaşlar nazirliyin binasına bir avtomobilin belə yaxınlaşmadığını və bu cür radikal qərar nəticəsində faktla üzləşdiklərini bildiriblər. Müdafiə Nazirliyi sorğuya sonradan cavab verəcəyinə söz verdi”, - deyə qəzet yazıb.
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ