Onlayn ictimai-siyasi qəzet
Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində səs verib.
“Report” xəbər verir ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
Səbinə Əliyeva səsvermə hüququndan istifadə etdikdən sonra səsvermə prosesini müşahidə edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ