İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümcül xəstəliyə yoluxan müğənninin səhhəti pisləşib? - AÇIQLAMA

“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Bu barədə Oxu.Az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.

O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:

“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.

Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.

Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR