İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin ikinci ƏN NÜFUZLU adamı - Çinin yeni baş naziri BƏLLİ OLDU

Çin Xalq Respublikasının Sədri Si Cinpin Baş naziri dəyişib.

Musavat.com xəbər verir ki, Şanxay partiyasının keçmiş sədri və Si Cinpinin ən yaxın müttəfiqlərindən biri olan 63 yaşlı Li Çanq ölkənin ikinci ən nüfuzlu siması olub.

Çin parlamentinin təxminən 2900 nümayəndəsindən yalnız 3-nün etirazı ilə qarşılaşan Çan, əsasən, iqtisadiyyatdan məsul olacaq.

Yeni baş nazir dünən Konqresdə konstitusiyaya sədaqət andı içərək vəzifəsinin icrasına başlayıb. O, iqtisadiyyata böyük önəm verən praqmatist kimi tanınır.

Keçmiş baş nazir Li Kiqiang isə on illik vəzifədən sonra təqaüdə çıxıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR