İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə rüsumlar dəyişib

Bu gündən ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar alınacaq.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə bu gündən Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. 10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 600 manat;

2 ilədək – 1 800 manat;

2. 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 400 manat;

2 ilədək – 1 600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 200 manat;

2 ilədək – 1 400 manat məbləğində dövlət rüsumu alınacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR