İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktay Kaynarca Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Türkiyəli aktyor Oktay Kaynarca ötən gün vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Oktay Kaynarca Qənirə Paşayeva ilə bağlı paylaşımı instaqram hesabında edib: "Azərbaycanlı millət vəkilimiz, igid qadın Qənirə Paşayeva. Məkanın cənnət olsun". 

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.//BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR