İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessada millətçi fəalın qatili təcridxanaya göndərilib

Odessada millətçi fəal Demyan Qanulun qətlindən sonra saxlanılan 46 yaşlı Sergey Şalayev sifarişlə qəsdən adamöldürmə və qanunsuz silahlarla davranmaqda şübhəli bilinir. Təqsirləndirilən şəxs istintaq təcridxanasına göndərilib.

Musavat.com Ukrayna mediasında istinadla xəbər verir ki, Odessanın Kiyev rayon məhkəməsi martın 16-da Şalayev barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmə prokurorun vəsatətini təmin edib və girov müqabilində azadlığa buraxılma imkanı olmadan həmin şəxsi həbs edib.

31 yaşlı Demyan Qanul 2025-ci il martın 14-də günorta saatlarında Odessanın mərkəzində Primorski rayonunda güllələnib. O, Rusiyaya qarşı çıxışları ilə məşhurlaşmışdı.

Qətldə şübhəli olan şəxsin adı əvvəl-əvvəl açıqlansa da, yenidən məxfiləşdirilib. Hüquq-mühafizə orqanları cinayətin motivlərini aydınlaşdırır, sifarişli qətl versiyaları, həmçinin “Rusiya izi” üzərində işləyirlər.

Ukrayna milli polisinin sədr müavini Andrey Nebitov bildirib ki, qətlin üç əsas versiyası nəzərdən keçirilir. “Bu, əlbəttə ki, qurbanın peşə və ictimai fəaliyyəti ilə əlaqədar törədilmiş sifarişli qətldir və biz bu qətlin şəxsi düşmənçilik zəminində törədildiyi versiyasını da nəzərdən keçiririk”, - Nebitov deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR