Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Co Baydenin hər hansı tədbirdəki çıxışı təşkilatçılara 300 min dollara başa gələcək.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən New York Post (NYP) yayıb.
Bildirilir ki, Ağ Evin keçmiş sahibinin tələbləri siyahısına çıxışda başqa şəhərə səyahət tələb olunarsa, şəxsi təyyarə ilə uçuş və beş köməkçinin xidmətlərinə görə ödəniş də var. NYP yazır ki, tələb olunan məbləğ 44-cü Amerika lideriprezaidenti Barak Obamanın 2017-ci ildə Ağ Evi tərk etdikdən sonra çıxışı üçün tələb etdiyi 400 min dollardan 25 faiz azdır.
Bu həftənin əvvəlində Bayden İllinoys ştatının Çikaqo şəhərində vəzifəsindən ayrıldıqdan sonra əlil insanlara hüquqi dəstək verən qeyri-hökumət təşkilatının konfransında ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ