İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama və Pelosi Baydenin Harrislə əvəzlənməsini dəstəkləmədi

ABŞ Demokrat Partiyasının bir sıra nüfuzlu nümayəndələri, o cümlədən keçmiş prezident Barak Obama və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi vitse-prezident Kamala Harrisin Co Baydenin yerinə prezidentliyə namizəd göstərilməsi ideyasını dəstəkləməyib.

Musavat.com xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Nəşrin məlumatına görə, Senat və Nümayəndələr Palatasındakı demokrat liderlər Çak Şumer və Hakim Cefris, həmçinin Pelosi Baydendən fərqli olaraq Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyiblər. Qəzetin yazdığına görə, Obama hətta namizədlərin seçilməsi prosesini daha rəqabətli etməyə çağırıb.

Nəşr yazır ki, bəzi demokratlar partiyanın namizədinin müəyyən edilməsi prosedurunun bir hissəsi kimi Harrisin rəqiblərinin olmasının ona fayda verəcəyinə inanırlar. Qəzet iddia edir ki, alternativ namizədlər demokratların ölkə üçün qərarların pərdə arxasında olması təəssüratını dağıtmağa kömək edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR