İnsanlara hürriyət, millətlərə istiqlal!

"O qız həm qohumumuzdur, həm də..." -Təhqir olunan qızın nənəsi DANIŞDI

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

Musavat.com xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox firondur, onunla bacarmırlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR