İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Abbasdan Qəzza açıqlaması - HAZIRIQ! 

Fələstin Milli Administrasiyası (PNA) Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə administrasiya rəhbəri Mahmud Abbas çıxış edıb.

O, bir neçə ərəb mediasına müsahibəsində deyib:

“Bizim Qəzzanın idarə olunmasında ərəb və ya digər beynəlxalq tərəfdaşlığa etirazımız yoxdur”.

Abbasın müsahibəsindən çıxarışları “The Jerusalem Post” da dərc edib.

Mahmud Abbas qeyd edib ki, PNA “Qəzzanın idarəçiliyini öz üzərinə götürməyə hazırdır və bunu etmək üçün bizim hər cür imkanımız var”.

Müsahibədə Abbas yenidən İsraili Fələstin dövlətinin yaradılmasına imkan vermək istəməməkdə günahlandırıb və əlavə edib ki, o, “bütün Fələstini məhv etmək istəyir”:

“Biz İsraili 1988-ci ildə tanıdıq, lakin o, Fələstin dövlətinin yaradılmasına mane olmağa davam edir”.

Bundan əlavə, Abbas qeyd edib ki, o, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə nail olmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR