Onlayn ictimai-siyasi qəzet
Nyu-Yorkda Hudson çayı və körpü yaxınlığında helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, hazırda hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər aparılır.
Əvvəlcə qəza zamanı bir neçə nəfərin həyatını itirdiyi ehtimal olunurdu. Lakin Nyu-York polisi sonradan açıqlama verərək, qəza nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.
Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ