İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda 300-dən çox etirazçı saxlanılıb

Nyu-Yorkda Fələstinə dəstək nümayişləri keçirilib, iştirakçılar 3 körpünü və Hollandiya tunelini bağlayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, polis 300-dən çox iştirakçını saxlayıb.

Bu barədə danışan polis rəisi Con Çell bildirib: “Bu gün saat 9:40-da etirazçılar 3 körpünü və Hollandiya tunelini bağlayıblar. Səhər saat 11:15-də biz 325 nəfəri həbs edərək ərazini təmizləyə bildik”.

Polis rəisi bildirdi ki, bir çox iştirakçılar yüngül qanun pozuntularında ittiham olunacaqlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR