İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-York metrosunda qatarlar toqquşub, 24 nəfər xəsarət alıb

ABŞ-da Nyu-York metrosunda qatarların toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə xidmətinin sözçüsü Yan Svords məlumat verib.

O, yaralanın 24 nəfərin ciddi xəsarət almadığını qeyd edib.

Qeyd olunub ki, xidməti və sərnişin qatarlarının toqquşması nəticəsində sərnişin qatarının birinci vaqonu relsdən çıxıb.

Hadisə ilə bağlı Nyu-Yorkun qubernatoru Keti Hokula məlumat verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR