İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nüvə göbələyi" Kazan sakinlərini qorxutdu - Əndişənin səbəbi

Rusiya Federasiyasına aid Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin səmasında nüvə göbələyinə bənzəyən bulud topası peyda olub və qeyri-adi forması ilə sakinləri qorxudub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar nəticəsində  "göbələy"ın nüvə partlayışı ilə heç bir əlaqəsinin olmadığı aydın olub. Mütəxəssislər deyiblər ki, bu, sadəcə olaraq, anvil kimi tanınan cumulonimbus bulududur.

Yerli media yazır ki, avqustun 2-də axşam Tatarıstan paytaxtının sakinləri səmada heyrətamiz mənzərəni müşahidə edə biliblər. Təxminən 12 kilometr hündürlükdə bu cumulonimbus buludunun stratosfer məhdudiyyəti ilə toqquşması onun “yayılmasına” və xarakterik göbələyə bənzər forma əmələ gəlməsinə səbəb olub.

Belə hadisələr nadir deyil və dünyanın müxtəlif yerlərində baş verir. Bu təsirli mənzərə narahatlıq hissi verir, çünki göbələk forması təhlükəli hadisələrlə əlaqələndirilir.

Rusiya sakinlərinin belə atmosfer hadisələrindən əndişələnməsinin bir səbəbi də odur ki, dövlətin ali rəhbərləri tez-tez taktiki nüvə silahı işlədə biləcəkləri barədə hədələr sovururlar və xalq da bilir ki, onlar belə bir şey etsələr, Rusiya da cavab zərbəsi alacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR