İnsanlara hürriyət, millətlərə istiqlal!

Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub - YENİLƏNDİ

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev əməliyyat olunub.

Bu barədə onun mətbuat katibi Aydos Ukibay tvitter səhifəsində bildirib.

"Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Birinci prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. Hazırda müşahidə altındadır", - deyə o qeyd edib.

****

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstanın media meneceri Aleksandr Aksyutits məlumat yayıb.

“Mənbələrim göstərdi ki, Nursultan Nazarbayev Astanadakı xəstəxanalardan birinə yerləşdirilib. O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, mümkün cərrahi müdaxilə olacaq”, - Aksyutits bildirib.

Qeyd edək ki, eks-prezidentin 82 yaşı var.//“Qafqazinfo” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR