Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın üçüncü müddətə yenidən seçilməsi ehtimalı var, lakin bunun üçün ABŞ Konstitusiyasına edilməlidir.
Musavat.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
O, NBC News müxbirinin sualına cavab verərkən prosesin çox böyük miqyaslı olduğunu vurğulayıb: "Mən hər kəsə deyirəm, konstitusiyanı oxuyun. Bunu etmək üçün konstitusiyanı dəyişməli olacaqsınız, buna görə də bu, kifayət qədər yüksək səviyyədir".
Conson həmçinin qeyd edib ki, o, Trampla üçüncü müddət haqqında danışıb və prezident konstitusiya məhdudiyyətlərini başa düşür.
ABŞ-ın 1951-ci ildə qəbul edilmiş əsas qanununa 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. NBC News-un izah etdiyi kimi, Trampa üçüncü müddətə yenidən seçilmək üçün qanuni əsaslar vermək üçün Amerika konstitusiyasını dəyişdirməyin iki yolu var. Birinci halda, Konqresdə üçdə iki səs tələb olunacaq. İkinci halda, ştatların üçdə ikisi (50-dən 34-ü) düzəlişlər təklif etmək üçün konstitusiya konvensiyasını çağıra bilər. Hər iki üsul 50 ştatdan 38-i tərəfindən düzəlişlərin sonradan ratifikasiya edilməsini tələb edir. NBC News xəbər verir ki, respublikaçıların Senatda və Nümayəndələr Palatasında inamlı çoxluğa malik olmadığını nəzərə alsaq, qurultay variantı onlar üçün daha realdır.
Musavat.com
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ