İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu bank Çinlə bağlı proqnozunu pisləşdirdi

Nüfuzlu Citigroup analitikləri 2025-ci ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını 4,7 faizdən 4,2 faizə endiriblər.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, onlar bunu Çin iqtisadiyyatı üçün artan xarici risklərlə əsaslandırıblar.

Analitiklər ölkənin daxili siyasətinin Çin Xalq Bankının faiz dərəcəsini azaltmaqla tələbin stimullaşdırılmasına daha çox diqqət yetirəcəyini gözləyirlər.

Çinin martın əvvəlində açıqlanan sosial-iqtisadi inkişaf planına əsasən, ölkənin 2025-ci il üçün ÜDM artım tempinin 5 faiz civarında olacağı proqnozlaşdırılır.

Martın sonunda bir sıra Qərb banklarının analitikləri Çin iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırıblar. Pekindən gələn kütləvi stimullaşdırma səyləri fonunda ekspertlərin nikbinliyi artıb. Xüsusilə, Citigroup əvvəlcə 4,2 faiz olan iqtisadi artım proqnozunu 4,7 faizə qaldırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR