İnsanlara hürriyət, millətlərə istiqlal!

Novxanıda naməlum şəxs dənizdə batıb

Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR