Onlayn ictimai-siyasi qəzet
İspaniyanın baş naziri Pedro Sançes təyyarəsində yaranan texniki nasazlıq səbəbindən Ukrayna sammitinə planlaşdırılan səfərini ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb.
Məlumatda bildirilir ki, baş nazir tədbirdə yalnız videobağlantı vasitəsilə iştirak edəcək.
Hökumət başçısı təyyarədəki nasazlıq üzündən məcburən Madridə geri dönüb.
Qeyd edək ki, sentyabrın 1-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsi də GPS nasazlığı səbəbindən Bolqarıstanda məcburi eniş edib.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ