İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nou Kamp”ın adının dəyişdiriləcəyi təsdiqlənib

“Barselona”nın stadionu “Nou Kamp”ın adının dəyişdiriləcəyi dəqiqləşib.

Apasport.az saytı xəbər verir ki, klubun mətbuat xidməti “Spotify” şirkəti ilə sponsorluq müqaviləsindən sonra arenanın adının dəyişdiriləcəyini açıqlayıb.

La Liqa təmsilçisi “Spotify” ilə 4 illik müqavilə imzalayıb və bu, 2022/23 mövsümündən qüvvədə olacaq. Brend adı kişi və qadın komandalarının formalarında yerləşdiriləcək. Anlaşmaya əsasən, növbəti mövsümdən stadion "Spotify Nou Kamp” adlandırılacaq. Bununla “Barsa” tarixində ilk dəfə arenasının adını dəyişəcək.

Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR