İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç, Finlandiya və İsveç hərbi nəqliyyat dəhlizi yaradır

Norveç, Finlandiya və İsveç üç ölkənin şimal ərazilərindən keçəcək hərbi nəqliyyat dəhlizi yaratmaq qərarına gəliblər.

Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe isveçli həmkarı Ulf Kristersson və Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşdən sonra bildirib.

Baş nazirin sözlərinə görə, bu, İsveç və Finlandiya vasitəsilə Norveç limanlarından hərbi personal və texnikanın sürətlə köçürülməsinə imkan verəcək.

Qeyd edək ki, üç ölkənin lideri iyunun 19-20-də Norveçin şimalındakı Bodo şəhərində təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bir araya gəliblər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR