Onlayn ictimai-siyasi qəzet
Bu gün səhərdən etibarən Norveç dəmir yolu sistemində hərəkət tamamilə dayandırılıb.
Musavat.com Bane Nor dövlət agentliyinə istinadən xəbər verir ki, buna sistemi idarə edən dispetçer mərkəzi ilə rabitə sistemi arasında yaranan nasazlıq səbəb olub.
“Kommersant” xəbər verir ki, sistemdə problemin yaranmasına dair məlumat dekabrın 25-i səhər saatlarında qeydə alınıb, axşama qədər onun aradan qaldırılması mümkün olmayıb.
Bir sıra şəhərlər üzrə avtobus xidməti təşkil edilib. Bane Nor sərnişinlərə vəd edib ki, alternativ nəqliyyat vasitəsi ilə səyahət etmək mümkün deyilsə, gedəcəkləri yerə taksi ilə gediş və ya oteldə yerləşmə haqqını ödəyəcəklər. Qatarların hərəkətinin bərpası üçün mümkün vaxt hələ açıqlanmayıb.
Bane Nor-un mətbuat xidməti qəzanı “xarici təsirin” nəticəsi hesab etmədiklərini və əsas səbəb kimi sistemin proqram təminatındakı problemin çıxış etdiyini bildirib.
Norveçin nəqliyyat naziri Jon-Ivar Nygård vəziyyəti çıxılmaz adlandırıb və hökumətin Bane Nor ilə əlaqə saxladığını vurğulayıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ