İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikonun düşdüyü qəza ilə bağlı rəsmi açıqlama: 1 nəfər ölüb, yaralılar var

Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.

Musavat.com xəbər verir ki, Nikosayağı kimi tannınan bloger Nicat Mütəllimovun idarə etdiyi "Porşe" markalı avtomobil "Kamaz"la toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli medianın sorğusuna cavab olaraq bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.

Yol polisi ərazidə hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR