İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyanla Marko Rubio nədən danışıb-detallar  

ABŞ Dövlət Departamenti Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan telefon danışığının təfərrüatlarını təqdim edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Dövlət Departamentinin sözçüsü Tammi Bryusun yaydığı bəyanatda qeyd olunub ki, dövlət katibi Marko Rubio və Ermənistanın baş naziri Nikol Paşinyan strateji tərəfdaşlar kimi ümumi maraqları müzakirə ediblər.

Dövlət katibi Azərbaycanla sülh sazişini alqışlayıb və regional münaqişələr dövrünə son qoymaq, Cənubi Qafqazda təhlükəsizlik və rifahı təmin etmək üçün davamlı sülhün vacibliyini vurğulayıb”, - deyə bəyanatda bildirilir. ABŞ dövlət katibi və Ermənistanın baş nazirinin Cənubi Qafqazda istənilən formada eskalasiyanın qəbuledilməz olması barədə razılığa gəldiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR