İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nikol Paşinyan xalqın adından danışa bilməz” - erməni revanşist

“Bu hakimiyyətdəkilər sübut etdilər ki, daim xalqın arxasınca razılıq əldə edirlər. Sabah (bu gün-M.) Brüsseldə hansısa sənədin imzalanacağını düşünmürəm, amma imzalanacaq sənədin bəndləri barədə danışacaqları ehtimalı çox yüksəkdir”.

Musavat.com xəbər verir ki, bunu erməni jurnalistlərə Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib. Vanetsyan 5 apreldə İrəvanın mərkəzi meydanında keçirilən aksiyadan da bəhs edib.

“Hər halda, bugünkü mitinq Nikol Paşinyanın bütün erməni xalqı, Artsax, Ermənistan adından danışa bilməməsi ilə bağlıdır. Bugünkü izdihamlı mitinq buna sübutdur”- deyə, o bildirib.

A.Vanetsyan qeyd edib ki, müxalifət daim mitinqlər təşkil etməkdə ittiham olunur, lakin heç bir konkret addım atılmır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR