İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan və Anna Akopyan Vaşinqtona uçdular

Ad günündə Anna Akopyan əri, Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə Vaşinqtona uçub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Akopyan bu barədə feysbuk sosial şəbəkəsində yerləşdirdiyi videoda məlumat verib.

O, internetin olmaması səbəbindən uzun müddət əlçatan olmayacağını qeyd edib və təbrikə görə təşəkkürünü bildirib.

"Təbrik və arzularına görə hər kəsə minnətdaram. Demək istəyirəm ki, hamınızı sevirəm. Biz qayıdana qədər özünüzə qulluq edin", - Anna Akopyan bildirib.

O, həyat yoldaşı ilə təyyarədə çəkilmiş fotosunu da yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR