İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın “Kanal S”də yayımlanan “Sözün bitdiyi an” verilişinin yayımı sabahdan dayandırılacaq. 

Musavat.com xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında kanalın Baş direktor müavini Ramin Mustafayev bildirib:

“Nigar Fərhad sabahdan etibarən efirdə yoxdur. Baş direktor bildirdi ki, onun verilişinin yayımı 02.04.2025 tarixindən dayandırılır”. 

Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

Bu gün isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR