Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir və o, iqlim dəyişikliyi ilə mübarizədə iştirak edən bütün tərəflərin üzərinə öhdəliklər götürməsi ilə irəli aparıla bilər.
"Report" xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai tədbir çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
“Rəqəmsallaşma həm səmərəli, həm innovativ, həm də inklüziv olmalıdır. O, sabahın deyil, bu günün çağırışıdır, dayanıqlı gələcək, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması üçün təməl kimi qəbul olunmalıdır”, - deyə o qeyd edib.
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ