İnsanlara hürriyət, millətlərə istiqlal!

Nicat Lənkəranskiyə hökm oxundu

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nicat Əkbərovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Əkbərov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR