Onlayn ictimai-siyasi qəzet
Mərhum Xalq artisti Ramiz Novruza həsr olunan kitab işıq üzü görəcək.
Musavat.com xəbər verir ki, eyni zamanda aktyorun yazdığı hekayələrdən birinə film çəkiləcək.
Bu haqda onun aktyor oğlu Cavidan Novruz məlumat yayıb:
"Mayda atam, mərhum Xalq artisti Ramiz Novruzun 70 illiyidir! Bu münasibətlə atamın kitabını çıxarıram və qələmə aldığı çox gözəl bir hekayənin filmini çəkirəm. Artıq çəkilişlərə başladıq. Gözəl bir iş ərsəyə gətirəcəm ki, ruhu şad olsun. Nə qədər nəfəsim gəlirsə, mən bu insanı yaşadacağam.
Bir övladı kimi borcum nədirsə, onu edirəm. Yanımda olan hər kəsə təşəkkür. Xüsusilə aktyorlar, Əməkdar artistlər Anar Heybətov və Məsmə Aslanqızı, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkür edirəm. Baş rolun ifaçısı Ramiz Novruzun nəvəsi Turan Novruzdur".
Könül
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ