İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunun oğlu Makronu belə TƏHQİR ETDİ - Hər şey o açıqlamadan sonra başladı...

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Fələstin dövlətini tanıya biləcəklərini açıqlayan Fransa prezidenti Emmanuel Makrona qarşı təhqiramiz ifadələr işlədib.

Musavat.com xəbər verir ki, Yair Netanyahu X hesabında paylaşım edərək, Fransa prezidentinə qarşı sərt ifadələr yazıb.

Makronun fələstinlilərin dövlətə sahib olmaq haqqını dəstəklədiklərini açıqladığı paylaşımı sitat gətirən Yair ona "Cəhənnəmə get!" deyə cavab verib.

Yair Netanyahu eyni paylaşımda əlavə olaraq belə yazıb:

"Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Korsikanın müstəqilliyinə bəli! Bask bölgəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli!"

Netanyahu bundan əvvəl də sosial media hesabından etdiyi təhqiredici paylaşımlarla tez-tez gündəmə gəlib.

O, 2020-ci ildə keçirilən ümumi seçkilər kampaniyası dövründə müxalifət lideri Beni Qantzın rəhbərlik etdiyi ittifaqın üzvü olan bir fəalla "uyğunsuz münasibət" yaşadığını iddia etmişdi. İsrail məhkəməsi Yair Netanyahunun bu iddiasına görə ona qarşı "təhqir və böhtan" maddəsi ilə təxminən 34 min dollar təzminat ödəməsinə qərar vermişdi.

Baş nazir Benyamin Netanyahu ötən ilin mart ayında oğlunun sosial media istifadəsinə məhdudiyyət qoymuşdu.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Misirə etdiyi iki günlük səfərdən sonra "France 5" kanalına verdiyi müsahibədə belə deyib:

"(Fələstini) tanımaq istiqamətində irəliləməliyik və qarşıdakı aylarda bu qərara gələ bilərik".

Makron bildirib ki, Fələstini tanıma məsələsini Səudiyyə Ərəbistanı ilə birgə təşkil edəcəkləri iki dövlətli həllə dair beynəlxalq konfransda yekunlaşdırmaq niyyətindədirlər.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlara başlamasından sonra İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan, Baham adaları, Trinidad və Tobaqo, Yamayka və Barbados kimi ölkələrin qərarları ilə Fələstini tanıyan ölkələrin sayı 146-ya çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR