İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu ŞABAK-a yeni rəhbər TƏYİN ETDİ - Qərar mübahisələrə səbəb oldu

İsrailin baş naziri Benyamin Netanyahu general-mayor David Zinini İsrailin Ümumi Təhlükəsizlik Xidmətinə — ŞABAK-a (digər adı ilə “Şin-Bet”) rəhbər təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, Zini İsrail Müdafiə Ordusunda bir çox operativ və komandanlıq vəzifələrində xidmət edib. Son zamanlar isə o, İsrail Ordusunun Baş Qərargahının Təlim Komandanlığı və Korpusuna rəhbərlik edib.

“Falafelnaya” Teleqram kanalının jurnalisti və aparıcısı Marianna Belenkaya qeyd edir ki, çox güman, Zininin təyinatı İsrailin Ali Ədalət Məhkəməsi tərəfindən ləğv ediləcək.

Zininin təyinatı barədə açıqlama, Ali Məhkəmənin Netanyahu tərəfindən hazırkı ŞABAK rəhbəri Ronen Barın “qanunsuz” və “əsassız” şəkildə vəzifədən kənarlaşdırıldığını bəyan etməsindən sonra verilib.

Məhkəməyə əsasən, Netanyahu ilə xüsusi xidmət orqanının rəhbəri arasında, ŞABAK-ın baş nazirin yaxın köməkçiləri ilə bağlı apardığı istintaqlar səbəbilə maraq toqquşması yaranıb. Mart ayında Nazirlər Kabinetinin istefasına səs verdiyi Bar hələlik 15 iyuna qədər vəzifəsində qalacaq.

Mart ayının sonunda Barın vəzifədən azad olunması elan edildikdən sonra Netanyahu ŞABAK rəhbəri vəzifəsinə vitse-admiral Eli Şarviti təyin etdi. Lakin ertəsi gün bu qərarından vaz keçdi.

Ronen Bar ŞABAK tarixində hökumət tərəfindən vəzifədən azad olunmağa cəhd edilən ilk rəhbərdir.

Qeyd olunur ki, ŞABAK 2023-cü ildə İsrailə qarşı həyata keçirilən terror hücumlarından sonra tənqid hədəfinə çevrilib. 2025-ci ilin mart ayında dərc olunan hesabatda qeyd olunurdu ki, xüsusi xidmət orqanı hücumların hazırlandığı barədə siqnallar alsa da, terrorçuların qarşısını almaq üçün ciddi tədbirlər görməyib. ŞABAK bunun səbəbini İsrail rəhbərliyinin “Qəzza sektorunda HƏMAS-ın sakitlik mərhələsində olduğu” qənaətinə əsaslanan siyasəti ilə izah edib.

HƏMAS terrorçularının İsrailə hücumundan sonra Ronen Bar ölkə rəhbərliyinin bu hadisənin qarşısını ala bilməməsinə görə şəxsi məsuliyyəti üzərinə götürüb

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR