İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə "Telegram"ı BLOKLAYIR

Vyetnamın İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya operatorlarına 2025-ci il iyunun 2-dək "Telegram" messencerinə girişi məhdudlaşdırmağı tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" rəsmi sənədlərə istinadən məlumat yayıb.

Blokada səbəb şirkətin yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan, xüsusən də cinayət araşdırması çərçivəsində istifadəçi məlumatlarını təqdim etməkdən imtina etməsi olub. Sənədlərdə qeyd olunur ki,

"Telegram" cinayət törətməkdə şübhəli bilinən şəxslər haqqında məlumatların açıqlanması ilə bağlı sorğuları yerinə yetirməyib.

Vyetnam polisinin məlumatına görə, ölkədə platformada fəaliyyət göstərən 9,6 min kanal və qrupun təxminən 68%-nin fırıldaqçılıq, narkotik ticarəti və terrorizmlə əlaqəli olduğu iddia edilir.

"Telegram"ın rəsmi nümayəndələri, eləcə də Vyetnam İnformasiya Texnologiyaları Nazirliyi hələlik qərarı şərh etməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR