Onlayn ictimai-siyasi qəzet
Mayın 22-də Almaniya Federal Məhkəməsi 62 yaşlı Məcid al-Zirin həbsinə order verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müstəntiqlərin fikrincə, o, HƏMAS-ın Avropadakı işini koordinasiya edib və qruplaşma üçün vəsait toplayıb.
Bildirilir ki, Məcid al-Zir hazırda gizlənir - mövcud məlumata görə, o, İsveç vasitəsilə Almaniyadan çıxıb və Türkiyəyə keçmiş ola bilər.
Əl-Zir HƏMAS-ın logistika və maliyyələşdirilməsi ilə məşğul olmaqda, habelə onun fəaliyyətlərində iştirakda ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, o, təşkilatın rəhbərliyi ilə əlaqə saxlayıb və onun nümayəndələrinə Yaxın Şərqə səyahət etməyə kömək edib.
O, əvvəllər Almaniya və İsrailin HƏMAS cəbhəsi kimi gördükləri strukturu Londonda “Fələstinin qayıdış mərkəzi”nə rəhbərlik edib. Onun adı, həmçinin kəşfiyyat orqanlarının məlumatına görə, “Müsəlman qardaşları” adından fəaliyyət göstərən və terrorçu qrupları dəstəkləyən digər təşkilatlarla da hallanır.
2024-cü ildə ABŞ əl-Ziri terrorizmin beynəlxalq sponsorları siyahısına əlavə edib. Bunun ardınca onun Brüsseldəki konfransı ləğv edilib və sosial media hesabları silinib.
2023-cü ilin oktyabrında polis onun Berlindəki evinə basqın etdi. Eyni zamanda, yəhudi hədəflərinə hücum planları ilə əlaqəli ola biləcəyi güman edilən yeraltı silah anbarı tapılıb.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ