İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova həmin səfərdən DANIŞDI

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, spiker deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti mayın 19-da və 20-də İspaniya Krallığında rəsmi səfərdə olub.

Səfər çərçivəsində İspaniya Parlamenti Senatının sədri Pedro Rollan və Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə ayrılıqda görüşlər keçirilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, həmkarlarla söhbətlər zamanı Azərbaycan–İspaniya münasibətlərinin indiki vəziyyətindən, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb.

Bakıda keçirilmiş COP29 Konfransında İspaniya Hökumətinin Sədri Pedro Sançezin və parlament üzvlərinin Azərbaycana səfərlərinin əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, görüşlər çərçivəsində parlamentlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahələrində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı vurğulanıb.

Diqqətə çatdırılıb ki, görüşlərdə Cənubi Qafqazda mövcud vəziyyət barədə danışılıb. Azərbaycan–Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə həmsöhbətlərə geniş məlumat verilib.

Qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova İspaniyaya rəsmi səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR