İnsanlara hürriyət, millətlərə istiqlal!

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

"Qarabağ"ın Azərbaycan millisinin komandasının futbolçusu Toral Bayramovun qolu UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib.

Musavat.com UEFA-nın saytına istinadla xəbər verir ki, onun "Budyo Qlimt"in qapısına vurduğu top 7-ci yerə layiq görülüb. 

UEFA-nın texniki müşahidə qrupunun hazırladığı 10 ən yaxşı qol siyahısında birinci yeri "Qalatasaray"ın ulduzu Yunus Akgün tutur. Onun "Tottenhem"lə oyunda -cərimə meydançası kənarından vurduğu qol ən yaxşı seçilib.

Mövsümün digər ən yaxşı 10 qolunun sıralaması isə belədir:

1. Yunus Akgün ("Qalatasaray" - "Tottenhem")

2. Rasmus Hoylund ("Mançester Yunayted" - Budyo Qlimt)

3. Niko Uilyams ("Atletik Bilbao" - "Roma")

4. Pedro Rodriges ("Ayaks" - "Latsio")

5. Adama Traore ("Ferensvaroş" - "AZ Alkmaar")

6. Samuel Omorodion ("Roma" - "Porto")

7. Toral Bayramov ("Budyo Qlimt" - "Qarabağ")

8. Meyson Maunt ("Mançester Yunayted" - "Atletik Bilbao")

9. Kobbi Maynu ("Mançester Yunayted" - "Lion")

10. Qustav İsaksen ("Viktoriya Plzen" - "Latsio")

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR