İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI

"İsrail radikallar tərəfindən saxlanılan bütün girovları qaytarana və anklavda HƏMAS-ın hakimiyyətini aradan qaldırana qədər Qəzza zolağında müharibəyə son qoymayacaq".

Bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

O bildirib ki, ölkəsi eyni zamanda, ABŞ Prezidenti Co Baydenin dəstəklədiyi atəşkəs təklifinə sadiq qalacaq.

"Birincisi, 120 girovu, ölü ya diri, geri qaytarana qədər müharibəni bitirməyəcəyik. İkincisi, HƏMAS-ı tamamilə məhv edənədək müharibəni bitirməyəcəyik. Biz ABŞ Prezidenti Co Baydenin də dəstəklədiyi atəşkəs təklifinə sadiqik. Bizim mövqeyimiz dəyişməyib", - Netanyahu bəyan edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR