İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu ilə bağlı ŞOK məlumat SIZDI: "Onun kimi insanlar..."

Yanvarın 19-da İsrail və Həmas arasında qüvvəyə minən atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Musavat.com bildirir ki, İsrail mərkəzli Ynet xəbər saytı danışıqlardan xəbəri olan yüksək səviyyəli İsrail təhlükəsizlik rəsmisinə əsaslanaraq məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahu atəşkəs razılaşmasının ikinci mərhələsinin qarşısını almağa çalışır. Onun kimi insanlar əsirlərin həyatı bahasına siyasi məqsədlərinə çatmaq üçün daha da aşağı enməyə razıdırlar", - mənbə deyib.

İsrail rəsmisi razılaşmanın ikinci fazası ilə bağlı danışıqların ən geci fevralın 3-də, birinci mərhələnin 16-cı günündə başlamalı olduğunu, lakin Netanyahu hökumətinin bunu pozduğunu qeyd edib. Onun sözlərinə görə, hökumətin yanaşmasını dəyişib, razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara dərhal başlasa belə, birinci mərhələnin sonuna qədər bu danışıqları bitirmək üçün kifayət qədər vaxt yoxdur.

"Netanyahu və tərəfdarları tələyə düşüblər. Onlar xarici aləmdə, siyasi aləmdən kənarda və İsraildən kənarda baş verənlərə əhəmiyyət vermirlər. Bu səbəbdən Netanyahu belə danışıqların getdiyini dərhal inkar etməkdə ehtiyatlıdır. Amma o, HƏMAS-ı günahlandırmır, çünki belə edirsə, bu, İsrailin ikinci mərhələdə danışıqlar aparmaqda maraqlı olması deməkdir", - rəsmi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR