İnsanlara hürriyət, millətlərə istiqlal!

Borclarını qaytarmaq üçün qeyri-adi yol seçdi - Amma tutuldu

Maştağa sakini borclarını ödəmək üçün qeyri-adi dələduzluq yo lu seçib. O, yol kənarında olan torpaq sahəsini elan səhifələrində öz torpağı kimi təqdim edərək satıb.

Musavat.com xəbər verir ki, 45 yaşlı Maştağa sakini Elçin maddi problemlərdən yaxa qurtarmaq üçün asan yol axtarıb. Bu məqsədlə yaşadığı qəsəbədə Tavaylıq yolu deyilən ərazidə yerləşən torpaq sahəsinin şəkillərini çəkərək “Maşatağa gündəmi” adlı səhifədə 9 min manata satışa çıxarıb.

Bir neçə gün sonra onun mobil nömərəsinə Nurlan adlı şəxs zəng edərək torpağa baxmaq üçün görüşmək istədiyini deyib. Görüş zamanı tərəflər alqı-satqı məsələsində razılaşıblar.

Elçin ümumilikdə Nurlandan 8550 manat pul alıb. Aldığı pullarla borclarını qaytaran Elçin Nurlana müxtəlif bəhanələr gətirərək zaman qazanmaq istəyib.

Aldadıldığını bilən Nurlan polisə müraciət edib. Elçin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilib.

İstintaq dövründə Elçin Nurlanın pulunu geri qaytarıb və tərəflər barışıb. Məhkəmə Elçin barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR