İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər şey, sabah ALYASKADA...Trampdan Putinə ŞOK HƏDƏ: Əgər razılaşmasan... – CANLI

Ukraynada “Sapsan” ballistik raketlərinin istehsal olunduğu dörd müəssisəyə zərbə endirilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr Dnepropetrovsk vilayətinin Pavloqrad bölgəsində yerləşən Kimya və Mexaniki zavodları, həmçinin Sum vilayətinin Şostka yaşayış məntəqəsindəki “Zvezda” zavodu və Şostka Elmi-Tədqiqat Kimya İnstitutuna yönəlib. Zərbələrin nəticələri peyk görüntüləri və texniki vasitələrlə təsdiqlənib.

Alyaska sammitinə bir gün qalır və bu görüş dünya gündəminin əsas mövzusudur. Bununla yanaşı, onun mümkün nəticələrilə bağlı narahatlıqlar da pik nöqtədədir. Çünki görüşdə xüsusilə Ukrayna ərazilərinin Kiyevin iştirakı olmadan masa üzərinə qoyulacağı və bölüşdürüləcəyi perspektivi ilə bağlı çoxlu iddialar var.

Lakin Qərb mətbuatının yazdığına görə, ötən gün ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə və avropalı müttəfiqlərinə Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

“NBC News”-un öz mənbələrinə istinadla verdiyi məlumata görə, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşdə yalnız Ukraynada atəşkəsə nail olmaq istədiyini və Rusiya başçısı ilə bununla bağlı danışacağını bildirib. Mənbələr Trampın Avropa liderlərinə Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini söylədiyini qeyd edirlər.

Öz növbəsində Tramp Avropa liderləri ilə telefon danışığını “çox yaxşı” adlandırıb və Putinlə görüşündən sonra Zelenski ilə üçtərəfli görüşün keçirilməsini təklif edib. Tramp həmçinin əlavə edib ki, Putin müharibəni dayandırmağa razı olmasa, Rusiya “ciddi nəticələrlə” üzləşəcək.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Azər Həsrətlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR