Onlayn ictimai-siyasi qəzet
Ukrayna “Fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşların təxliyəsi üzrə MDB sazişi”ndən çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə Ali Radadakı nümayəndə Taras Melnıçuk "Teleqram"da yazıb.
Melnıçuk bildirib ki, qanun layihəsi təsdiqlənib və Ukrayna müstəqil qərarını rəsmiləşdirib.
Xatırladaq ki, may ayında Ukrayna Rusiya ilə gömrük əməkdaşlığı sazişindən çıxıb, MDB ölkələrinin prokurorluq orqanlarında stajların qarşılıqlı hesablanması sazişinə xitam verib. Eyni zamanda 1994-cü il sazişi və Moskva ilə məxfi telefon əlaqəsi də dayandırılıb.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ